Qax rayonununda yol-nəqliyyat hadisəsi baş verib, sərnişin ölüb

Qax rayonununda yol-nəqliyyat hadisəsi baş verib, sərnişin ölüb

Qax rayonunun Alatəmir kəndində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 5-də saat 2 radələrində Qax rayonunun Alatəmir kəndində rayon sakini Elçin Əliyev idarə etdiyi "Mercedes " markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə onun sərnişini, həmyerlisi Ruslan Qafarov hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə