Bakıda iş adamının oğlu piyadanı vuraraq öldürüb

Bakıda iş adamının oğlu piyadanı vuraraq öldürüb

Bakıda avtomobil gənc qızı vuraraq öldürüb.

SİA-nın verdiyi xəbərə görə, paytaxt sakini Ağaəli Fərəcovun idarə etdiyi "Porsche" markalı 99-BS-999 dövlət nömrə nişanlı avtomobil Gürcüstan vətəndaşı, 24 yaşlı Xəyalə Məmmədovanı vurub.

Piyada hadisə yerində dünyasını dəyişib.

Sürücü hadisə yerindən qaçsa da, polis əməkdaşları onu tuta bilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, hadisəni törədən şəxsin tanınmış iş adamı Füzuli Fərəcovun oğlu olduğu bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə