Qəza törədən sürücü hadisə yerində ölüb

Qəza törədən sürücü hadisə yerində ölüb

Nərimanov rayonunun Z.Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, mayın 1-də saat 1 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində Bakı şəhər sakini Seymur Zamanov idarə etdiyi üzərində dövlət qeydiyyat nişanı olmayan "Haojue" markalı motosikleti yol ayrıcısına vurub və hadisə yerində ölüb.

Nərimanov RPİ tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə