Ucar rayonu, Müsüslü kəndində vətəndaşlara məxsus "Hyundai" markalı minik avtomobili ilə "Kamaz" markalı yük avtomobilinin toqquşmasından yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin qabaq buferi və salonu yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB