Qazaxda 9 yaşlı uşağın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun veridyi məlumata görə, hadisə dünən Ağstafanın Dağ Kəsəmən kəndindən Qazaxa gedən yolda qeydə alınıb.Traktorla minik avtomobilinin toqquşması nəticəsində traktorda olan Dağ Kəsəmən kənd sakini 2008-ci il təvəllüdlü Məmmədov Fərid Ruslan oğlu bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB