Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Azərbaycan küçəsində qeydə alınıb. Şəhər sakini, 1995-ci il təvəllüdlü Aysel Qasımova yolu keçmək istəyərkən "Opel" markalı avtomobillə vurulub. Sürücü hadisə yerindən uzaqlaşıb. A. Qasımova xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdrıma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə