Gəncədə bıçaqlanma hadisəsi olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, dünən şəhər sakini 1995-ci il təvəllüdlü Məmmədov Elcan Qəşəm oğlu yan hissəsinin yumşaq toxumasının kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib. Vəziyyətinin normal olduğu bildirilir. E. Məmmədov Gəncədə avtovağzalda mübahisə zəminində bıçaqlandığını deyib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB