İmişlidə baş verən qəzada ər və arvad xəsarət alıb. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, dünən saat 17.00 radələrində İmişli rayonunun Qaradonlu-Məzrəli yolunda avtomobilin aşması nəticəsində ər və arvad xəsarət alıb. İmişli sakinləri, avtomobilin sürücüsü 1939-cu il təvəllüdlü Nəsirov Ərzuman Əliş oğlu (kəllə-beyin travması) və onun həyat yoldaşı Nəsirova Tamilla Əliş qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdirilib. Faktla bağlı İmişli polis şöbəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB