Bakının Sabunçu rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib. SİA-nın verdiyi məlumata görə, hadisə Pirşağı qəsəbəsində qeydə alınıb.
Belə ki, 1967-ci il təvəllüdlü Dadaşov Tərlan Məmmədağa oğlu dostları ilə kafedən çıxıb yolu keçmək istəyərkən minik avtomobili tərəfindən vurulub.
Avtomobil onun üzərindən keçib. Nəticədə yaralı ağır kəllə-beyin və bədən travması ilə xəstəxanaya yerləşdirilib. Onun hər iki ayağı amputasiya edilib. Vəziyyəti ağırdır. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB