Cəlilabadda fərdi yaşayış evi yanıb

Cəlilabadda fərdi yaşayış evi yanıb

Dünən axşam Cəlilabadda fərdi yaşayış evi yanıb. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Seyidbazar kəndində baş verib. Kənd sakini Feyzəl Abdullayevə məxsus ev qəfildən alışıb. Dərhal hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin yanğınsöndürənləri və canlı quvvəsi cəlb olunub. İkimərtəbəli ev yanğın söndürənlər tərəfindən söndürülüb.

Yanğının baş vermə səbəbləri hələ ki, məlum deyil. Hadisə zamanı xəsarət alan olmasa da, evdə olan əşyaların əksəriyyəti yanaraq yarasız hala düşüb. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə