Binəqədidə iki mənzildən oğurluq olub

Bakı şəhəri, Binəqədi rayonunda iki mənzildən oğurluq olub. Report-un xəbərinə görə, Ə.Naxcıvani küçəsindəki evlərdən birində yaşayan 1954-cü il təvəllüdlü Alxan Məmmədovun evindən açarseçmə yolu ilə 4 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Oxşar hadisə rayonun Biləcəri qəsəbəsində də baş verib. Belə ki, orada R.İsmayılov küçəsindəki evlərdən birində yaşayan 1952-ci il təvəllüdlü

Çərkəz Məhərrəmovun evindən həmin qaydada 20 000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. Hər iki faktla bağlı hüquq-mühafizə orqanlarınin əməkdaşları tərəfindən araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...