Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü tutulub

Yol-nəqliyyat hadisəsi törədədərək, hadisə yerini tərk etməkdə şübhəli bilinən Bakı şəhər sakini Rəşad Ağayev tutulub. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 25-də saat 20 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində naməlum sürücünün idarə etdiyi avtomobil yolu keçən qəsəbə sakini İsrail Əhmədovu vuraraq hadisə yerini tərk edib. Piyada xəsarətlə xəstəxanaya yerləşdirilib. Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Opel" markalı avtomobillə hadisəni törətməkdə şübhəli bilinən sürücüsü - Bakı şəhər sakini Rəşad Ağayev tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə