Bakıda maşın ağaca çırpılıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Qaradağ rayonunda "Lada" markalı minik avtomobilinin yol kənarındakı maneəyə çırpılması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub. SIA-nın Fövqaladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 05:49-da başa çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə