Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Anar Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın xəbərinə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, A. Səfərov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, ötən il iyunun 21-də saat 01 radələrində Binəqədi rayonunun Xocəsən qəsəbəsində Xırdalan şəhər sakini Anar Səfərov idarə etdiyi "Nissan" markalı avtomobillə yolu keçən Bakı şəhər sakinləri Cavanşir Kirmirzəyevi, Səbuhi Şahmarovu və İsmayıl Hümbətovu vurub. Nəticədə C.Kirmirzəyev hadisə yerində ölüb, digər piyadalar isə xəstəxanaya yerləşdiriliblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB