Şəmkir rayonunda ölümlə nəticələnən yanğın olub.
Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, aprelin 25-nə keçən gecə Şəmkir rayonunun Zəyəm-Cırdaxan kəndi ərazisində kənd sakini Alı Burcuyevə məxsus fermanın yardımçı otağında yanğın baş verib.
Fermada 12 kvm. sahədə yanar konstruksiyalar yanıb.
Yanğın söndürüldükdən sonra orada çoban işləyən, kənd sakini Aydın Ələsgərovun yanmış meyiti tapılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB