Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən şəhər sakini saxlanılıb

Yol-nəqliyyat hadisəsi törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 18-də Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsindən Bakı şəhər sakini Şahin Şahmuradov qıcolma diaqnozu ilə xəstəxanaya gətirilib və orada ölüb.

Binəqədi RPİ 4-cü PB və DİN-in Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən keçirilən tədbirlərlə Ş.Şahmuradovun yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölməsi müəyyən edilib.

Aparılan əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsini "Qazel" markalı avtomobillə törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Rafiq Həsənov saxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə