Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın verdiyi məlumata görə, hadisə yolun 463-cü kilometrliyində Ağstafa rayonunun Qıırlı kəndi ərazisində qeydə alınıb. Kənd sakini Babaxan Kərimli idarə etdiyin VAZ-2106 markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 2006-cı il təvəllüdlü Məsiyev Nihat Pərviz oğlunu vurub. Uşaq hadisə yerində ölüb.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB