Masallı rayon ərazisindəki iki evdən oğurluq və quldurluqda şübhəli bilinən şəxslər tutulublar. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 19-da rayon ərazisindəki evlərdən birindən 50 manat pul və qızıl üzük, başqa bir evdən isə quldurluq yolu ilə qızıl əşyaları aparmaqda şübhəli bilinən Bərdə şəhər sakini Faiq Abışlı, Bakı şəhər sakinləri Vüsal Əliyev və Amal Qəmbərov tutulublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB