Gəncədə yol qəzası törədən sürücü hadisə yerindən qaçıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, "VAZ-2107" markalı avtomobilin sürücüsü qarşı tərəfdən gələn avtobusla, daha sonra "VAZ 2103" markalı avtomobillə toqquşub.
Qəza zamanı xəsarət alan olmasa da, avtomobillər yararsız hala düşüb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.
Faktla bağlı araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB