Taksi sürücüləri arasında dava düşdü

Gəncdə taksi sürücüsü döyülüb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Ramiz Əliyevlə İlham Hüseynovun arasında düşən mübahisə sonradan əlbəyaxa davaya səbəb olub.

Hər iki şəxs müxtəlif dərəcəli xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətiriliblər.

Onlara tibbi yardım göstərilib.

Qeyd edək ki, sürücülərdən birinin vəziyyətinin ağır olduğu deyilir.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə