Lənkəranda 4 otaqlı evdə yanğın olub

Lənkəranda 4 otaqlı evdə yanğın olub

Dünən Lənkəranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, rayonun Digah kəndində vətəndaşa məxsus ümumi sahəsi 120 m2 olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 16 m2 sahədə və dam örtüyü 40 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 09:54-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə