Odessanın məşhur “Şimal” bazarında yanğın olub

Odessanın məşhur “Şimal” bazarında yanğın olub

Ukraynanın Odessa şəhərinin məşhur "Şimal" bazarında yanğın baş verib. Axar.az xəbər verir ki, bu barədə Ukraynanın "Dumskaya" portalı məlumat yayıb.

"Kotovskova qəsəbəsində yerləşən bazarda güclü yanğın baş verdi. Şahidlərin sözlərinə görə, yanğın yerli vaxtla 18:30-da başlayıb. Hazırda ətrafdakı avtomobillər evakuasiya edilir. Əraziyə 6 yanğınsöndürən briqadası cəlb edilib", - xəbərdə bildirilib.

Qeyd edə ki, yanğının hansı səbəbdən baş verdiyi bildirilməyib. Son məlumata görə, yanğın söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə