Bakı-Quba yolunun 8-ci km-də "VAZ" və "Volkswagen" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş verib.
SİA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə qəzasının baş verməsi və köməyə ehtiyac olması barədə məlumat daxil olub.
Nazirliyin Sumqayıt Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunub. "VAZ" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarılaraq, aidiyyəti üzrə təhvil verilib.
Qeyd edək ki, əməliyyat saat 09:15-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə