Sabirabadda traktorla motosiklet toqquşub

Sabirabadda traktorla motosiklet toqquşub. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə dünən rayonun Moranlı kəndində qeydə alınıb. Traktorla motosikletin toqquşması nəticəsində motosikletin sürücüsü Sabirabad rayonunun Moranlı kənd sakini, 1988-ci il təvəllüdlü Əsədov Amid Abduləzim oğlu ağır bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Sabirabad Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə