Lənkəranda bıçaqlanma hadisəsi olub

Lənkəranda bıçaqlanma hadisəsi olub

Lənkəranda bıçaqlanma hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən rayonun Velədi kəndində qeydə alınıb. 1978-ci il təvəllüdlü Aqil Cəlal oğlu Babayev Velədi kəndi ərazisində bıçaqlanıb. Yaralı dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğundan əməliyyata götürülüb. Cinayəti törətmiş şəxsin hadisə yerindən qaçdığı bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə