Sumqayıtda yanğın olub

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 32 m2 olan mənzilin mətbəxinin yanar konstruksiyaları 12 m2 sahədə yanıb. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, hadisə zamanı 20 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə