Gədəbəy sakini Şəmkirdə kirayədə yaşadığı evinin həyətində bıçaqlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə dünən gecə saatlarında baş verib. 31 yaşlı Araz Cəfərov bıçaq yarası ilə Şəmkir Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.
Həkimlərin müdaxiləsi ilə yaralının həyatını xilas etmək mümkün olsa da, vəziyyəti orta-ağırdır.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB