Şəmkir polisi mal-qara oğurluğu ilə məşğul olan şəxsi həbs edib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, aparılan əməliyyat tədbirləri nəticəsində müxtəlif təsərrüfatlardan 2 baş iri, 23 baş xırda heyvanları oğurlayıb satmaqda təqsirli bilinən dəstə zərərsizləşdirilib.
Hüquq mühafizə orqanı əməkdaşlarının həyata keçirdiyi istintaq əməliyyat tədbirləri nəticəsində Hacığaıa Abbasov, Oyçu Hüseynov, Ruslan İsmayılov, Hacıağa Abbasov və Məmməd Məmmədov tutulub. İlkin dindirilmə zamanı adıçəkilən şəxslər irəli sürülən ittihamları qəbul edərək etiraf ediblər.
Qeyd edək ki, oğurlar mal-qaranı Tovuz və Bərdə bazarında satıblar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB