Ukraynanın Jitomir vilayətində ağır yol qəzası baş verib. APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə "Kiyev-Kovel" avtomagistralında qeydə alınıb. "Suzuki" və "VAZ 21 09" minik avtomobillərinin toqquşması nəticəsində 5 nəfər ölüb, 2 nəfər yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin ağır olduğu bildirilir. Qəzanın səbəbləri müəyyənləşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB