Ev əşyaları ilə birgə yanaraq kül oldu

Ev əşyaları ilə birgə yanaraq kül oldu

Gədəbəy rayonunda vətəndaşa məxsus evdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, rayonun İnəkboğan kəndində vətəndaşa məxsus ümumi sahəsi 42 m2 olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə