Zibil təpəsi uçdu: 16 nəfər ölüb, 40 ev dağılıb

Zibil təpəsi uçdu: 16 nəfər ölüb, 40 ev dağılıb

Şri-Lankanın paytaxtı Kolombo şəhərində zibil kütləsinin uçması nəticəsində azı 16 nəfər ölüb. BBC xəbər verir ki, bu haqda ölkə ordusunun təmsilçisi bildirib. 90 metr hündürlüyü olan zibil təpəciyi ötəngünkü yağışdan sonra yaşayış evlərinin üstünə aşıb. Hadisə nəticəsində 4-ü uşaq olmaqla, azı 16 nəfər ölüb, 40 ev dağılıb, 180 nəfər evsiz qalıb.

Xilasedicilər 20-dək insanın uçqun altında qaldığını bildiriblər. Hakimiyyət qurbanların sayının çoxalacağından ehtiyat edir.

Qeyd edək ki,hadisənin baş verdiyi məkandaaztəminatlı ailələr yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə