Qəbələdə maşın ağaca çırpılıb, sürücü ölüb

Qəbələdə maşın ağaca çırpılıb, sürücü ölüb

Qəbələ şəhəri ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 15-də saat 2 radələrində Qəbələ şəhəri ərazisində Vəndam qəsəbə sakini Fərid Nəbiyev idarə etdiyi "VAZ-2109" markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə