Pirallahı rayonundakı körpələr evində yanğın olub

Pirallahı rayonundakı körpələr evində yanğın olub

Dünən Bakıda körpələr evində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin rəsmi saytında yerləşdirilən xəbərdə deyilir ki, hadisə paytaxtın Pirallahı rayonunda baş verib. Ümumi sahəsi 450 m² olan ikimərtəbəli "Cırtdan" körpələr evinin zirzəmisində 3 m² sahədə məişət tullantıları yanıb. Yanğın zamanı otaqlardan 18 nəfər azyaşlı uşaq yanğınsöndürənlər tərəfindən xilas olunub. Körpələr evinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə