Cəlilabadda avtoqəza olub, iki nəfər xəsarət alıb

Cəlilabadda avtoqəza olub, iki nəfər xəsarət alıb

Cəlilabadda yol nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə dünən Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun rayonun Qarakazımlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, "VAZ-2106" markalı avtomobillə "VAZ-2107" markalı avtomaşınla toqquşub.

Qəza nəticəsində bir ailənin iki üzvü xəsarət alıb. Yaralılar - rayonun Ocaqlı kənd sakinləri, 1964-cü il təvəllüdlü Abıyev Bəhmən Bəhmən oğlu və 1967-ci il təvəllüdlü Gülnaz Məmi qızı Abıyevadır. Onlar Cəlilabad rayon mərkəzi xəstəxanasının travma şöbəsinə yerləşdirilib. Onların vəziyyətinin orta ağır olduğu deyilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə