Qubada sərnişin avtobusu aşıb xəsarət alanlar var

Qubada sərnişin avtobusu aşıb xəsarət alanlar var

Quba rayonu ərazisində sərnişin avtobusu aşıb. SİA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 10 nəfər xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan 7 nəfərinə ilkin tibbi yardım göstərilərək ambulator müayinəyə buraxılsa da, 3 nəfərin vəziyyəti orta-ağır olduğundan onlar xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, hadisə Bakı-Quba yolunun 173-cü km-də, Quba-Atuc istiqamətində baş verib.

Quba rayon sakini Ramin Məmmədovun idarə etdiyi "Mercedes" markalı mikroavtobus yoldan çıxaraq aşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə