Kabildə partlayış baş verib, 5 nəfər ölüb

Kabildə partlayış baş verib, 5 nəfər ölüb

Əfqanıstanın paytaxtı Kabildə nəzarət-keçid məntəqəsində partlayış baş verib. APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 5 nəfər ölüb, 10 nəfər xəsarət alıb. Məlumata əsasən, partlayış terrorçu-kamikadze tərəfindən törədilib.

Terror aktına görə məsuliyyəti İŞİD qruplaşması öz üzərinə götürüb

Bütün xəbərlər Facebook səhifəmizdə