Gəncədə bıçaqlanma hadisəsi olub

Dünən Gəncədə bıçaqlanma olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1971-ci il təvəllüdlü İsmayılov Natiq Şəmil oğlu bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. O əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə N. İsmayılov mülk üstündə düşən dava zamanı əmisi oğlu tərəfindən bıçaqlanıb.Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...