Gəncədə 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Əbülüla Gəncəvi küçəsində qeydə alınıb. Belə ki, "VAZ" markalı avtomobillə "Volqa" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 4 nəfər müxtəlif xəsarətlərlə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Həkimlər onların vəziyyətini orta-ağır qiymətləndirir.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB