Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əldə etdiyi məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan Respublikası istiqamətindən daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. SİA-nın Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, yoxlama zamanı avtomobilin salonundan gömrük nəzarətindən gizlədilən, üzərində "CORN" yazısı olan 3 ədəd mobil telefon, 10 ədəd mobil telefon qutusu, 16 ədəd mobil telefon qidalandırıcısı aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB