FHN məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi aprelin 10-da Sabirabadda baş vermiş ağır qəza ilə bağlı məlumat yayıb. SİA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sabirabad rayonu, Nizami kəndində "KAMAZ" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilin toqquşması nəticəsində yol nəqliyyat qəzasının baş verməsi barədə məlumat daxil olub.

Dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1980-cı il təvəllüdlü Musayev Rəşad Arif oğlunun meyitini çıxarıb və aidiyyatı üzrə təhvil veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...