Daha bir nəfər özünü asdı

Zərdab rayonunda intihar hadisəsi baş verib. SİA-nın məlumatına görə, bu barədə Zərdab rayon Prokurorluğundan məlumat verilib. Məlumata görə, hadisə rayonun Allahqulubağı kəndində qeydə alınıb. Kənd sakini, 1955-ci il təvəllüdlü Babayev Əbdülməmməd Əbdülhəmid oğlu yaşadığı evin həyətindəki tövlənin tavanından özünü asaraq intihar edib.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Zərdab rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə