Gəlinini güllələyən qaynata həbsxanada öldü

Gəlinini güllələyən qaynata həbsxanada öldü

Azərbaycanda daha bir məhkum ölümü qeydə alınıb. APA-nın məlumatına görə, Penitensiar Xidmətin Müalicə Müəssisəsində müalicə alan 1933-cü il təvəllüdlü Hüseynəli Abdulla oğlu İsmayılov xəstəlikdən ölüb.

Qeyd edək ki, 84 yaşlı H. İsmayılov 2013-cü ildə yaşadığı Şəki rayonunda ov tüfəngi ilə gəlini İsmayılova Azadə Məmməd qızını güllələyərək qətlə yetirmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə