Əl yükündə pnevmatik tapança keçirmək istədi

Əl yükündə pnevmatik tapança keçirmək istədi

Rusiya Federasiyası istiqamətindən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunun idxal piyada xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının əl yükünə "Heimann X-Ray" markalı rentgen qurğusunda gömrük baxışı keçirilib. SİA-nın verdiyi məlumata görə, yoxlama zamanı əl yükünün içərisindən gömrük nəzarətinə bəyan edilməyən, üzərində "MP 654K Cal. 4.5 mm" yazıları əks olunan 1 ədəd T0192493 pnevmatik tapança aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə