Şirvanda avtomobil 75 yaşlı qadını vurub

Şirvanda avtomobil 75 yaşlı qadını vurub

Dünən Şirvanda piyadanın ölümü ilə nəticələnə qəza baş verib. APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə şəhərin Gülbala Şıxbalaoğlu küçəsində baş verib. Şirvan sakini, 1942-ci il təvəllüdlü Hüseynova Xanımgül Nəsir qızı yolu keçərkən şəhər sakini, 1974-cü il təvəllüdlü Həsənov Natiq Qocabəy oğlunun idarə etdiyi "QAZ-24" markalı avtomobil tərəfindən vurulub. Piyada aldığı xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə