Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, Əldə edilən əməliyyat məlumatı əsasında Sabunçu RPİ 42-ci PB-nin əməkdaşları tərəfindən Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən "Hacı Əbdül" hamamına baxış zamanı oradan "AKS" markalı silah, 50 ədəd müxtəlif çaplı patron, 1 patron darağı, 4 ədəd "F-1" qumbarası, 2 qumbara alışqanı və dini mərasimlərdə istifadə olunan zəncir aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB