Rusiyanın Rostov-Don şəhərində partlayış baş verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, hadisə nəticəsində bir kişi xəsarət alıb. Məlumata görə, həmin şəxs yolda gedərkən qarşılaşdığı şübhəli əşyanı qaldırıb və partlayış baş verib. Nəticədə kişinin əl barmaqları kəsilib və qarın hissəsindən xəsarət alıb. Partlayışın məktəbin yaxınlığında baş verdiyi bildirilir.
Hadisə yerində istintaq qrupu işləyir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB