Salyanda yanğın hadisəsi qeydə alınıb. Axar.az Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinə istinadən xəbər verir ki, Salyan rayonu, Ələt-Astara yolunun 51-ci kilometrliyində vətəndaşa məxsus ümumi sahəsi 50 m2 olan ikimərtəbəli ofisin 1-ci mərtəbəsində yerləşən sahəsi 20 m2olan otağın lambirindən ibarət tavanı 15 m2 sahədə yanıb.
Tikilinin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB