8360 ədəd aksiz markasız siqaretlər aşkar edilib

8360 ədəd aksiz markasız siqaretlər aşkar edilib

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə edilməsi barədə məlumat daxil olub. SİA-nın verdiyi məlumata görə, daxil olan məlumat əsasında Azərbaycan Respublikasının vətəndaşının idarə etdiyi "MERCEDES 190" markalı, minik avtomobili Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsinin ərazisində saxlanılıb və nəqliyyat vasitəsinə baxış keçirilib.Yoxlama zamanı avtomobildən 8360 ədəd aksiz markasız xarici markalı siqaretlər aşkar edilərək götürülüb.

Faktla bağl araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə