Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, aprelin 3-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Nurlan Əlizadə idarə etdiyi "Saipa" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramin Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə