Gəncə şəhər Müseyib Bağırov küçəsində yerləşən çay evində yanğın hadisəsi qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Aqil Musayevə məxsus ümumi sahəsi 67 kv/m olan 3 otaqdan ibarət obyekt tamamı ilə yanıb. Hadisə yerinə Gəncə Dövlət Yanğından Mühafizə İdarəsinin 4 maşını və 30 yaxın canlı qüvvəsi cəlb olunub.

Qeyd edək ki, hazırda faktla bağlı araşdırma aparılır.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə